"Neftçi"nin yetirməsi "Şamaxı"da
Yeni mövsümə hazırlaşan “Şamaxı” daha bir futbolçu ilə anlaşıb.
"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi Fariz Xeyrullayevi heyətinə qatıb.
22 yaşlı müdafiəçi ilə üç illik (2+1) müqavilə imzalanıb.
O, "Neftçi"nin yetirməsidir və "ağ-qaralar"ın əvəzedici komandasında çıxış edib.


