Emin Mahmudov millidən ayrılmaq qərarını şərh etdi - AÇIQLAMA
"Bu gün qəlbimdə həm qürur, həm də kövrəkliklə sizinlə vacib bir qərarımı bölüşmək istəyirəm. Azərbaycan milli komandasındakı karyeramı başa vururam".
"Mediasport" xəbər verir ki, bu fikirlər futbol üzrə Azərbaycan millisinin üzvü Emin Mahmudova məxsusdur.
34 yaşlı yarımmüdafiəçi yığma karyerasını başa vurmağa hazırlaşması barədə fikirlərini bölüşüb:
"Milli formanı ilk dəfə geyindiyim günü heç vaxt unutmayacağam. O formanı geyinib ölkəmi təmsil etmək, bu komandanın kapitanı olmaq həyatımın ən gözəl illərindən biri idi".
Bu yolda yanımda olan komanda yoldaşlarıma, məşqçilərimə və mənə inanan hər kəsə ürəkdən təşəkkür edirəm.
Ən böyük təşşəkür isə hər zaman dəstəklərini hiss etdiyim azarkeşlərimizədir. Sevincimizi də, çətin anlarımızı da birlikdə yaşadıq.
Milli forma ilə keçirdiyim illərə qürurla və minnətdarlıqla baxıram. Hər şey üçün təşəkkür edirəm".
Qeyd edək ki, Azərbaycan yığması noyabrın 13-də UEFA Millətlər Liqasında Lixtenşteyn, 16-da isə Andorra ilə yoldaşlıq oyununda üz-üzə gələcək.
Andorra ilə görüş E.Mahmudov üçün millidə sonuncu olacaq.

