Mahir azarkeşlərə təşəkkür etdi

"İlk qələbə heç vaxt asan əldə olunmur. Lakin inanılmaz dərəcədə vacibdir. Böyük dəstəyə görə təşəkkür edirəm".
"Mediasport" xəbər verir ki, bu sözləri "Kayzserslautern"in hücumçusu Mahir Emreli sosial şəbəkə hesabında etdiyi paylaşımda qeyd edib.
Milli komandamızın üzvünün komandası Almaniya 2-ci Bundesliqasının 2-ci turunda "Şalke"ni məğlub edib (1:0).
Xatırladaq ki, Mahir oyuna start heyətdə başlayıb və 72-ci dəqiqədə əvəzlənib.