Olimpiya çempionu Bakıya gələcək

  Olimpiya çempionu Bakıya gələcək

Avropa Gimnastikası tərəfindən Bakıda bədii gimnastlar üçün təlim-məşq toplanışı keçiriləcək.

"Mediasport" xəbər verir ki, toplanış 13-19 oktyabrda rup hərəkətləri komandaları üçün təşkil olunacaq.

Tokio-2020 Olimpiya çempionu Linoy Aşram (İsrail) da ekspertlər arasında paytaxtımıza təşrif buyuracaq.

Milli Gimnastika Arenasında keçiriləcək məşqlərdə toplanışa Avropa Gimnastikasının Bədii Gimnastika üzrə Texniki Komitəsinin üzvü Yevgeniya Vilyayeva rəhbərlik edəcək.