Bəhram Rəcəbzadənin növbəti döyüşdə rəqibi mərakeşli olacaq
Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadənin növbəti rəqibi məlum olub.
"Mediasport" xəbər verir ki, 35 yaşlı döyüşçü mərakeşli Məhəmməd Tuşassi ilə qarşılaşacaq.
“Glory” Qran-pri turniri iyunun 13-də keçiriləcək.
Bəhram Rəcəbzadə qalib gəlsə, yarımfinala vəsiqə alacaq.
