"Tam komanda şəklində məşq edə bilməmişik" - Aqil Nəbiyev

"Tam komanda şəklində məşq edə bilməmişik" - Aqil Nəbiyev

"Qalibiyyətə sevinirik. İnanıram ki, bu qələbələrin ardı gələcək".

"Mediasport" xəbər verir ki, bu sözləri 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev deyib.

Mütəxəssis yığmamızın Bakıda Belarus futbolçuları ilə yoldaşlıq matçı haqda danışıb, 2:1 hesablı qələbəni şərh edib:

“Bu kollektivlə 2025-ci ildə keçirdiyimiz ilk toplanışdır. Futbolçularımız ayın əvvəlindən liqalarda pley-off oyunlarına çıxmışdılar. Bu səbəbdən, demək olar ki, tam komanda şəklində məşq edə bilməmişik.

Fiziki yorğunluğun olması normaldır. Təbii ki, belədə arzulanan oyunu sərgiləmək çətin olmur. Nəzərə alaq ki, bu futbolçuların beynəlxalq təcrübələri azdır. Belə oyunlarda çıxış etdikcə daha yaxşı performansı ortaya qoyacaqlar”.

Qeyd edək ki, U-16 millimiz Belarus yığması ilə mayın 11-də ikinci yoxlama görüşündə qarşılaşacaq.