Millimizin futbolçusu "Herta" ilə peşəkar müqavilə bağladı
Futbol üzrə U-19 Azərbaycan millisinin üzvü Raul Süleymanov Almaniyanın "Herta" klubu ilə ilk peşəkar müqavilə imzalayıb.
"Mediasport" xəbər verir ki, 16 yaşlı hücumameyilli yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
U-21 millimizə də dəvət alan Raul 2022-ci ilin yayından Berlin klubunun akademiyasında çıxış edir.


