DÇ-2026: Şahruddin ən çox qurtarış edən qapıçılardan biridir

DÇ-2026: Şahruddin ən çox qurtarış edən qapıçılardan biridir

Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsində diqqət mərkəzinə düşüb.

"Mediasport" xəbər verir ki, "Qarabağ"ın üzvü ümumilikdə iki matçda ən çox qurtarış edən qolkiperlər sırasında yer alıb.

D qrupunda yığmamızın 4 görüşünün hamısında forma geyinən 31 yaşlı "çərçivə" qoruyucusu Şimali Makedoniya millisindən olan həmkarı Stole Dimitriyevski ilə birlikdə 19 seyvlə yadda qalıb.

"Şah" 82 qapıçı arasında 11-12-ci yerləri bölüşür.

Sıralamanın lideri 34 qurtarışla San Marino seçməsindən Edoardo Kolombodur.

Xatırladaq ki, komandamız seçmə mərhələdə 4 qarşılaşmada 11 qol buraxıb.