Cəlalın komandası pley-offda, Zamiq avrokuboklarla vidalaşdı

Cəlalın komandası pley-offda, Zamiq avrokuboklarla vidalaşdı

Azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası "Arda" UEFA Avropa Konfrans Liqasında pley-offa yüksəlib.

"Mediasport" xəbər verir ki, Bolqarıstan klubu cavab oyununda da "Jalgiris"i məğlub edib (2:0).

Cəlal matça əsas heyətdə başlayıb və sona qədər mübarizə aparıb.

Hüseynovun komandasının pley-off mərhələsindəki rəqibi "Rakuv" (Polşa) olub.

Zamiq Əliyevin oynadığı "Eqnatiya" və Sloveniya "Olimpiya"sı arasında baş tutan görüşün əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb.

Əlavə vaxtda azərbaycanlı futbolçunun komandası 0:2 hesabı ilə məğlub olub və avrokuboklarla vidalalaşıb.

Zamiq də mübarizəyə əsas heyətdə start verib, lakin sonradan əvəzlənib.