Yeni baş məşqçi gəldi, Mahir oynadı: "Rakuv"dan ilk qələbə

Yeni baş məşqçi gəldi, Mahir oynadı: "Rakuv"dan ilk qələbə

Polşa Ekstraklasasında 7-ci turun oyunları keçirilir.

"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Rakuv” öz meydanında “Motor”u qəbul edib.

Çenstoxova klubu yeni baş məşqçi ilə debütdə qalib gəlib və bu, Ekstraklasada ilk qələbə olub - 2:1.

Matça startda başlayan Emreli 87–ci dəqiqədə əvəzlənib.

"Rakuv" 7 oyundan sonra 3 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.