Azərbaycan millisinin futbolçusu Türkiyə klubundan ayrılacaq

Azərbaycan millisinin futbolçusu Türkiyə klubundan ayrılacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Həsən Nəzərli Türkiyənin "Ankaragücü" klubundan ayrılacaq.

"Mediasport" xəbər verir ki, paytaxt klubunun yetirməsi Ankara təmsilçisini yayda tərk edəcək.

Bu barədə 19 yaşlı yarımmüdafiəçi məlumat verib. O, səbəbin Türkiyədə legioner limiti olduğunu bildiirb.

"Klubda işlərim qaydasında olsa da, legioner limitinə görə ayrılacam. Aldığım təklifləri götür-qoy edəcəyəm.

Karyeramı başqa Avropada ölkəsində davam etdirmək niyyətindəyəm".

Xatırladaq ki, Həsən Azərbaycanın U-17, U-19 və U-21 millilərində ümumilikdə 9 oyun keçirib.