Millimiz Latviya və Macarıstanla oyunların hazırlığına başladı

Millimiz Latviya və Macarıstanla oyunların hazırlığına başladı

Futbol üzrə Azərbaycanın A milli komandası təlim-məşq toplanışına başlayıb.

"Mediasport" xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu yığmamız Neftçi Futbol Mərkəzində ilk məşqinə çıxıb.

Polşada legioner həyatı yaşayan Renat Dadaşov heyətə dünən qoşulub. “Qarabağ” və “Sabah”ın futbolçuları isə mayın 31-də keçiriləcək Azərbaycan Kubokunun final oyunundan sonra kollektivlə birlikdə olacaqlar.

Xatırladaq ki, komandamız toplanış çərçivəsində iyunun 7-də Riqadakı “Skonto” stadionunda Litva ilə qarşılaşacaq.

Futbolçularımız 3 gün sonra - iyunun 10-da “Liv Bona Dea Arena”da Macarıstan yığmasını qəbul edəcək.