Özünə xəsarət yetirən futbolçuya AFFA ağır cəza və cərimə kəsdi
Azərbaycan Premyer Liqasının I turunun “Sumqayıt” – “Neftçi” oyununda birbaşa qırmızı vərəqə alan meydan sahiblərinin sutbolçusu Səbuhi Abdullazadə 5 oyunluq cəzalandırılıb.
“Mediasport” xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Yarımmüdafiəçinin təcavüzkar davranışına görə klubu 3 min manat cərimələnib.
Matçda 4 futbolçusu sarı vərəqə alan “Neftçi” 700 manat cərimə ödəyəcək.
Turun “Qarabağ” – “Şamaxı” görüşündə 4 futbolçusu sarı vərəqə ilə cəzalandırılan qonaqlar da 700 manat ziyana düşüblər.
Qeyd edək ki, Səbuhi Abdullazadə “Neftçi” ilə qarşılaşmada qırmızı vərəqə aldıqdan sonra dəhlizdə qapını sındırıb. Nəticədə qapının qırılmış şüşəsi onun ayağına düşərək ciddi xəsarət yetirib.


