"Kəpəz" yeni baş məşqçisinin kimliyini açıqladı - RƏSMİ
“Kəpəz” yeni baş məşqçisi ilə bağlı razılıq əldə edib.
"Mediasport" xəbər verir ki, klub bu barədə açıqlama yayıb.
Qərblilər Azər Məmmədovla anlaşıblar. 50 yaşlı mütəxəssislə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
Tərəflər arasında bağlanacaq müqavilə mövsümünün sonunadək qüvvədə olacaq.
Xatırladaq ki, Azər Məmmədov 2023-cü ildə də “Kəpəz”i çalışdırıb


