Premyer Liqa klubunun legioneri: "Turan Tovuz"la çətin oyun olacaq"

Premyer Liqa klubunun legioneri: "Turan Tovuz"la çətin oyun olacaq"

"Yaxşı çıxış etmək və müsbət nəticə qazanmaq üçün hər gün məşq edirik. Mən komandama inanıram".

"Mediasport" xəbər verir ki, bu fikirlər "İmişli"nin futbolçusu Ronaldo Rodriges de Souzaya məxsusdur.

Braziliyalı legioner Aran klubunun Premyer Liqada ilk matçı haqda düşüncələrini bölüşüb:

"Turan Tovuz"la çətin oyun olacaq. Ümid edirəm ki, çempionata yaxşı start vermək üçün əlimizdən gələni edəcəyik".

Xatırladaq ki, əyalət klubu "Turan Tovuz"u avqustun 15-də Şamaxı şəhər stadionunda qəbul edəcək. Matç saat 17:00-da başlanacaq.