Emin Mahmudov mövsümün ən erkən qollarından birini vurdu
"Neftçi" Azərbaycan Premyer Liqasının 31-ci turunda "Şamaxı"nı məğlub edib (3:0).
"Mediasport" xəbər verir ki, matçın 1-ci dəqiqəsində fərqlənən Emin Mahmudov cari mövsümün ən erkən qollarından birini vurub.
Bu, mövsümdə ilk dəqiqəyə təsadüf edən ikinci qoldur. Hesabın belə erkən açılması ilk dəfə 2-ci turda qeydə alınıb.
2025-ci il avqustun 24-də Coy Lens Mikels 1-ci dəqiqədə topu rəqib qapısından keçirib.
Emin kimi almaniyalı futbolçu da "Şamaxı" ilə görüşdə (2:1) fərqlənib.
Çempionatın bombardiri səfər görüşündə buna nail olub.


