10-cu tur start götürdü: Meydan sahibləri 2 qolla qələbə qazandı

10-cu tur start götürdü: Meydan sahibləri 2 qolla qələbə qazandı

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 10-cu tur start götürüb.

"Mediasport" xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.

Hər üç qarşılaşmada ev sahibləri 2 topla qalib gəliblər.

Tura sabah yekun vurulacaq.


Azərbaycan 1-ci Liqası. 10-cu tur


10 dekabr (çərşənbə)

“Mingəçevir” – “Cəbrayıl” 2:0

Hakimlər: Kamran Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Mahmud Bağırzadə

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Seymur Səlimli

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:00 


“Baku Spportinq” – “Şahdağ Qusar” 2:1

Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Aydın Baxşıyev, Şamil İmanzadə

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Buzovna qəsəbə stadionu, 14:30


MOİK – “Şimal” 2:0

Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Ceyhun Hüseynov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Elman Musayev

Binə qəsəbə stadionu, 14:30


11 dekabr (cümə axşamı)

“Şəfa” – “Zaqatala”

Hakimlər: Əli Əliyev, Sənan Atayev, Samir Qaracayev, Rövşən Rəcəbov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Emin Cəfərov

Binə qəsəbə stadionu, 14:30


“Səbail” – “Difai” 

Hakimlər: Alik Yunusov, Orxan İbişov, Rasim Axundov, Nazim Abdullayev

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Bəhram Qurbanov

“ASCO Arena”, 15:00