"Azarkeşlərin istefa şüarları məni narahat etmir" - Kurban Berdiyev

"Azarkeşlərin istefa şüarları məni narahat etmir" - Kurban Berdiyev

"Ötən oyunla müqayisədə bu matçda daha yaxşı oyun sərgilədik. Buna baxmayaraq, məğlub olduq. Rəqib 1 epizod yaratdı və qol vurdu. Biz çox epizodlar yaratdıq".

"Mediasport" xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev deyib.

Mütəxəssis Azərbaycan Premyer Lqiasının 3-cü turunun "Kəpəz"lə səfər görüşü haqda danışıb, 0:1 hesablı məğlubiyyəti şərh edib:

"Məni ən çox hücum narahat edir. Balau və Vacinin tam hazır olmaması bizə problemlər yaradır.

Ümid edirəm ki, daha yaxşı oyun sərgiləcəyik. Azarkeşlərin istefa şüarları məni narahat etmir".