Maçado eks "Qarabağ"lının liderlik etdiyi siyahıya düşdü

Maçado eks "Qarabağ"lının liderlik etdiyi siyahıya düşdü

"Araz-Naxçıvan"ın futbolçusu Ramon Maçado Azərbaycan Premyer Liqasında 20-ci qolunu vurub.

"Mediasport" xəbər verir ki, braziliyalı hücumçu 17-ci turun "İmişli" ilə səfər matçında (2:2) fərqlənib.

35 yaşlı "sambaçı" bu həddə 93-cü oyununda çatıb.

Premyer Liqada 2021/22 mövsümündə debüt edən cənubi amerikalı "Neftçi"də 5, "Qəbələ"də 8, "Araz-Naxçıvan"da 7 dəfə rəqib qapısına yol tapıb.

Forvard Premyer Liqa tarixinə 20 və daha çox qol vuran 11-ci braziliyalı kimi düşüb.

Bu siyahıya isə Reynaldo Silva başçılıq edir - 44 qol.


1. Reynaldo Silva - 44

2. Junivan Suares - 40

3. Junior Nildo - 37

4. Flavinyo - 31

5. Rafael Utziq - 26

6-8. Dodo - 23

Olavio Juninyo - 23

Kadi Borqes – 23

9. Mario Souza - 22

10. Felipe Santos - 21

11. Ramon Maçado - 20

Qeyd edək ki, Azərbaycan vətəndaşlığı olan braziliyalı Riçard Almeyda daha çox – 51 qola imza atıb.