"Neftçi" "Kəpəz"i məğlub etdi, "Zirə" "Araz-Naxçıvan"a uduzdu
Futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu - 33-cü turun görüşləri keçirilir.
"Mediasport" xəbər verir ki, üçüncü oyun günündə də iki matç baş tutub.
Hər iki qarşılaşma Sumqayıtda reallaşıb.
2025/2026-cı illər mövsümünə sabah yekun vurulacaq.
Xatırladaq ki, turun əvvəlki duellərində "Qəbələ" "Şamaxı"nı (3:1), "Sabah" "Turan Tovuz"u (2:1), "Qarabağ" isə "Sumqayıt"I (4:3) məğlub edib.
Azərbaycan Premyer Liqası. 33-cü tur
"Kəpəz" - "Neftçi" 0:1
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
"Araz-Naxçıvan" - "Zirə" 3:2
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Asiman Əzizli
Hakim-inspektor: İmanxan Sultani
"SOCAR Polymer Arena".


