Zubir Mahir Emrelini keçdi, yalnız Müşfiq Hüseynovdan geri qalır

Zubir Mahir Emrelini keçdi, yalnız Müşfiq Hüseynovdan geri qalır

Azərbaycan Liqasının VIII turu Abdullah Zubir üçün əlamətdar olub.

"Mediasport" xəbər verir ki, “Qarabağ”ın fransalı legioneri Premyer Liqada 50-ci qolunu vurub.

O, “Turan Tovuz”la səfər oyununda (2:1) fərqlənib. Zubir çempionatdakı 193-cü matçında 50-yə çatıb.

Bütün qollarını Ağdam klubunda vuran yarımmüdafiəçi ölkə çempionatının yüksək dəstəsində 50 və daha çox qol vuran 42-ci futbolçu olub.

Zubir həm də “Qarabağ”ın heyətində ümumilikdə 72-ci qolunu vurub.

Bütün turnirlərdə 325 matça çıxan fransalı klub tarixinin bombardirləri siyahısında 2-ci yerə yüksəlib.

O, 71 qol vuran Mahir Emrelini arxada qoyub. Zubir yalnız 159 qolun müəllifi olan Müşfiq Hüseynovdan geri qalıb.

1    Nazim Əliyev    183

2    Müşfiq Hüseynov    125

3    Rövşən Əhmədov    116

4-5    Qurban Qurbanov    115

     Samir Ələkbərov    115

6    Alay Bəhramov    108

7    Nadir Nəbiyev    103

8-9    Xaqani Məmmədov    102

     Vadim Vasilyev    102

10    Kənan Kərimov    101

11    Musa Qurbanov    94

12    Fazil Pərvərov    89

13    Samir Musayev    88

14-15    Fərrux İsmayılov    85

     İmamyar Süleymanov    85

16    Samir Əliyev    84

17    İsmayıl Məmmədov    76

18    İlham Məmmədov    74

19    Azər İsayev    73

20    Paşa Əliyev    72

21    Badri Kvaratsxeliya    71

22    Zaur Ramazanov    70

23    Filip Ozobiç    67

24    Yunis Hüseynov    66

25-26    Vidadi Rzayev    65

     Mahir Əliyev    65

27    Rauf Əliyev    63

28-30    Mahmud Qurbanov    61

     Ramiz Məmmədov    61

     Georgi Adamiya    61

31    Mahir Emreli    59

32    Rəşad Abdullayev    58

33    Davit Volkov    56

34    Vaqif Cavadov    53

35    Amil Yunanov    52

36-37    Riçard Almeyda    51

     Həsən Abdullayev    51

38-42    Viktor İqbekoyi    50

     Vüqar Qəmbərov    50

     Mehman Baxışov    50

     Yalçın Bağırov    50

     Abdullah Zubir    50