"Neftçi" "Sabah"la bərabərə qaldı, "Şamaxı" "Karvan-Yevlax"ı məğlub etdi - APL-də 4-cü tur yekunlaşdı

"Neftçi" "Sabah"la bərabərə qaldı, "Şamaxı" "Karvan-Yevlax"ı məğlub etdi - APL-də 4-cü tur yekunlaşdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulub.

"Mediasport" xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.

Şamaxıda reallaşan əyalət klublarının duelini meydan sahibləri qazanıblar.

Mövsümdə qələbəsi olmayan "Neftçi" isə paytaxt derbisində "sülh" bağlayıb.

Xatırladaq ki, turun əvvəlki matçlarında "Turan Tovuz" "Qəbələ"ni (1:0), "İmişli" "Sumqayıt"ı (1:0), "Araz-Naxçıvan" "Kəpəz"i (2:0) məğlub edib, "Qarabağ" "Zirə" ilə bərabərə qalıb (1:1).


Azərbaycan Premyer Liqası. 4-cü tur


"Şamaxı" - "Karvan-Yevlax" 3:0

Qollar: Alfons Msanqa, 38, Andrey Tırkoveanu, 45, Sezar Enrike, 71.

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Akif Əmirəli, Əkbər Əhmədov

VAR: Nicat İsmayıllı.

AVAR: Kamran Əliyev.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: Anar Şıxəliyev.

Şamaxı şəhər stadionu.


"Neftçi" - "Sabah" 0:0

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Elşad Abdullayev, Vüqar Həsənli

VAR: Kamal Umudlu.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Zümrüd Ağayeva.

"Neftçi Arena".