İqor Ribeyro "Neftçi"də - RƏSMİ

İqor Ribeyro "Neftçi"də - RƏSMİ

İqor Ribeyronun "Neftçi"yə keçidi rəsmiləşib.

"Mediasport" xəbər verir ki, "ağ-qaralar" braziliyalı müdafiəçi ilə 2 illik müqavilə imzalayıblar.

5 nömrəli formanı geyinəcək Ribeyro artıq komanda ilə məşqlərə qoşulub.

"Sambaçı" ötən mövsümü "Araz-Naxçıvan" heyətində keçirib. 37 oyuna çıxıb və 1 qol vurub.