Premyer Liqada çıxış edəcək komanda 1-ci Liqa klubuna uduzdu

Premyer Liqada çıxış edəcək komanda 1-ci Liqa klubuna uduzdu

Uzun fasilədən sonra Premyer Liqaya vəsiqə qazanan "Karvan” yoxlama matçı keçirib.

"Mediasport" xəbər verir ki, Yevlax klubu 1-ci Liqa təmsilçisi "Mingəçevir"lə qarşılaşıb.

Görüş "nur şəhəri" komandasının qələbəsilə yekunlaşıb - 1:2.

Aranlılar daha əvvəl yoxlama oyunlarında “Qəbələ” və “Şamaxı”ya uduzub, “İmişli”yə qalib gəliblər.