"Çalışacağıq ki, səfərdən müsbət nəticə ilə dönək" - Rüfət Abbasov

"Çalışacağıq ki, səfərdən müsbət nəticə ilə dönək" - Rüfət Abbasov

"Yoldaşlıq matçı olmasına baxmayaraq, qələbə qazandığımız üçün şadıq. Yaxşı sınaq oldu".

Bu sözləri "Mediasport"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Rüfət Abbasov deyib.

Müdafiəçi Bakıda Tacikistan yığması ilə baş tutan yoldaşlıq oyunu haqda düşüncələrini bölüşüb.

Növbəti rəqib Litva yığması daha səviyyəli komandadı

– Bilirik, bu matça yaxşı hazırlaşacağıq. Çalışacağıq ki, səfərdən müsbət nəticə ilə dönək.

Rəqibin oyunlarını təhlil etmisiniz?

– Hələ yox. Qarşıdakı günlərdə bütün diqqətimizi bu matça verəcəyik. Keyfiyyətli futbolçuları olduğunu bilirik.

Tacikistanla matçın ikinci hissəsində şans qazandın. Öz oyununu necə dəyərləndirirsən?

– Daha yaxşı olmalı, əsas heyətə düşmək üçün çox çalışmalıyam. İnanıram ki, hər şey bundan da yaxşı olacaq.