Konfrans Liqası: "Neftçi"nin potensial rəqibləri müəyyənləşdi
UEFA Avropa Konfrans Liqasında 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
"Mediasport" xəbər verir ki, yarışda Azərbaycanı təmsil edəcək "Neftçi" "Dinamo" (Minsk, Belarus) - "Sileks" (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Paytaxt təmsilçisi ilk matçını doğma azarkeşlər önündə keçirəcək.
UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin oyunları iyulun 23-ü və 30-da baş tutacaq.


