"Qarabağ"ın "Tvente" ilə əvvəlki görüşləri - STATİSTİKA nə deyir?

"Qarabağ"ın "Tvente" ilə əvvəlki görüşləri - STATİSTİKA nə deyir?

Azərbaycanın UEFA Konfrans Liqasında təmsilçisi "Qarabağ" pley-off mərhələsində köhnə tanış - Niderlandın "Tvente" kollektivi ilə üz-üzə gələcək.

"Mediasport" xəbər verir ki, bu komandalar indiyədək 6 dəfə qarşılaşıblar.

Oyunlardan 4-ü Avropa Liqasına, ikisi yoxlama matçına təsadüf edib.

Ağdam klubu 6 görüşün 3-də məğlub olub, 3 dəfə heç-heçə edib.

Xatırladaq ki, növbəti duellər avqustun 20-də və 27-də baş tutacaq.


“Qarabağ” - “Tvente” oyunlarının tarixi


20.08.2009. “Tvente” – “Qarabağ” 3:1 (Avropa Liqası, pley-off)

27.08.2009. “Qarabağ” – “Tvente” 0:0 (Avropa Liqası, pley-off)

21.08.2014. “Qarabağ” – “Tvente” 0:0 (Avropa Liqası, pley-off)

28.08.2014. “Tvente” – “Qarabağ” 1:1 (Avropa Liqası, pley-off)

11.07.2025. “Tvente” – “Qarabağ” 2:3 (yoldaşlıq görüşü)

11.07.2025. “Tvente” – “Qarabağ” 2:1 (yoldaşlıq görüşü)