Tikintisi yarımçıq dayandırılan stadion AGİN-in balansına verildi

Tikintisi yarımçıq dayandırılan stadion AGİN-in balansına verildi

Şövkət Orduxanov adına Qusar şəhər stadionu "Azenco" şirkəti tərəfindən Gənclər və İdman Nazirliyininin balansına verilib.

"Mediasport" xəbər verir ki, bu barədə "Teleqraf"a şirkətin inzibati işlər üzrə mütəxəssisi Zülfiyyə İsmayılova məlumat verib.

Onun sözlərinə görə, hazırda təhvil-təslim işləri gedir. Proses iyulun sonlarına qədər başa çatdırılacaq.

Qeyd edək ki, Qusar şəhər stadionu 1962-ci ildə istifadəyə verilib.

2016-cı ildə arena sökülərək yenidənqurma işlərinə başlanılıb. Amma bərpa prosesi 2024-cu ilin mayında dayandırılıb.

Bu səbəbdən, şəhəri təmsil edən və I Liqaya vəsiqə qazanmış "Şahdağ Qusar" komandası ev oyunlarını müxtəlif stadionlarda, son mövsümdə isə Şamaxı Olimpiya İdman Kompleksinə keçirməli olub.