Ehtiram Quliyev "Fənərbaxça"nın prezidenti Aziz Yıldırımla görüşdü
"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev Türkiyənin "Fənərbaxça" klubunun prezidenti Aziz Yıldırımla görüşüb.
"Mediasport" xəbər verir ki, Bakıda baş tutan görüşdə tərəflər əməkdaşlıq perspektivləri barədə müzakirələr aparıblar.
Müzakirələr zamanı "Turan Tovuz" – "Fənərbaxça" yoldaşlıq oyununun təşkili ilə bağlı fikir mübadiləsi aparılıb və oyunun növbəti milli fasilə dövründə keçirilməsi qərara alınıb.
Bununla yanaşı, tərəflər əlaqələrin davamlı inkişaf etdirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi istiqamətində razılıq əldə ediblər.



