Azərbaycan Kuboku: "Qarabağ"ın oyununun biletləri satışa çıxarılır

Azərbaycan Kuboku: "Qarabağ"ın oyununun biletləri satışa çıxarılır

Fevralın 27-də Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşması çərçivəsində keçiriləcək "Qarabağ" - "Səbail" oyununun biletləri satışa çıxarılır.

"Mediasport" xəbər verir ki, azarkeşlər biletləri bu gün saat 12:00-dan əld edə bilərlər.

Biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat arasında dəyişir.

Biletlər oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq. 

Qeyd edək ki, komandalar arasında ilk görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.