Cavid Cəlilov "Qarabağ"ın Bakıda "Ayaks"la görüşünə təyinat aldı
Dekabrın 10-da UEFA Gənclər Liqasının əsas mərhələsinin 6-cı turu çərçivəsində Suraxanıda keçiriləcək “Qarabağ” - “Ayaks” oyununa hakim təyinatları açıqlanıb.
"Mediasport" xəbər verir ki, görüşü Macarıstandan olan ədalət təmsilçiləri idarə edəcəklər.
Baş hakim Marton Ruşa yan xətdə Georq Viq-Tarsoni və Balaş Şalai köməklik göstərəcək.
Dördüncü hakim funksiyasını Cavid Cəlilov yerinə yetirəcək.
“Azərsun arena”da keçiriləcək qarşılaşma saat 15:00-da start götürəcək.
