"Kəpəz"də yeni sponsor - RƏSMİ

"Unibank" KB "Kəpəz" Peşəkar Futbol Klubunun inkişafına dəstək verəcək.
"Mediasport" xəbər verir ki, tərəflər arasında sponsorluq müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, "Unibank" klubun əsas sponsoru qismində çıxış edərək "Kəpəz"in inkişafına maliyyə dəstəyi göstərəcək.