SON DƏQİQƏ! "Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxarıldı

SON DƏQİQƏ! "Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxarıldı

Dekabrın 10-da Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) oyununun biletləri satışa çıxarılıb.

"Mediasport" xəbər verir ki, biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manat təşkil edir.

Biletləri yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə etmək mümkündür.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.