Belarus klubunun futbolçusu Azərbaycan millisinə dəvət aldı

Belarus klubunun futbolçusu Azərbaycan millisinə dəvət aldı

Belarusun “Dnepr” klubunun futbolçusu Müzəffər Qurbanov Azərbaycanın U-21 yığmasına dəvət alıb.

"Mediasport" xəbər verir ki, bu barədə Mogilev təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi millimizin noyabrın 9-dan 17-dək Bakıda baş tutacaq toplanışında iştirak edəcək.

Komandamız hazırlıq çərçivəsində Omanın U-23 kollektivi ilə yoldaşlıq matçlarında qüvvəsini sınayacaq.

Xatırladaq ki, 2024-cü ildən “Dnepr”də oynayan Müzəffər Qurbanov bu mövsüm 5 görüşdə forma geyinib.