Kamran Ağayev Ayxan Abbasova lazım olmadı - YENİ MƏŞQÇİLƏR

Futbol üzrə Azərbaycanın A milli komandasından daha bir neçə dəyişiklik olub.
"Mediasport" xəbər verir ki, istefaya göndərilmiş Fernandu Santuşun məşqçilər korpusunda yer alan Kamran Ağayev əsas yığma ilə vidalaşıb.
Komandanın yeni baş məşqçisi Ayxan Abbasov qapıçılarla çalışan veteran qolkiperlə işləmək istəməyib.
Millimizin keçmiş üzvünü Abbasovun "Şamaxı" və U-21 yığmasında köməkçilərindən Kamil Qafarov əvəz edəcək.
Kamran Ağayevin digər yaş qrupları üzrə millilərdən birində çalışacağı bildirilib.
Ayxan Abbasovun köməkçilərinə gəlincə, Elnur Çodarov, Cavad Mirzəyev, Vüsal Qarayev və Vüqar Mustafayev ölkənin əsas komandasında fəaliyyət göstərəcəklər.
Santuşun köməkçilərindən olmuş Rəşad Eyyubov da Ayxan Abbasovun korpusunda yer almayacaq.