DÜNYA REYTİNQİ: "Qarabağ" gerilədi, "Araz-Naxçıvan" irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların iyul ayı üçün dünya reytinqini açıqlayıb.
"Mediasport" xəbər verir ki, planetin 500 ən yaxşı komandasının yer aldığı siyahıda Azərbaycanın 4 təmsilçisi var.
Ölkəmizdən ən yaxşı göstəriciyə malik “Qarabağ” 12 pillə geriləyib. Ağdam klubu 137,25 xalla 131-cidir.
232-ci sıradakı mövqeyini qoruyan “Zirə” 95,75 xalda qalıb.
"Araz-Naxçıvan" 7 addımlıq irəliləyişə nail olub. Komandamız 61,25 xalla 439-cu yerə qalxıb.
"Sabah" 4 pillə irəliləyərək 76 xalla 317-ci pilləyə yüksəlib.
Dünya reytinqinə əvvəlki kimi, 480 xalla Madrid “Real”ı başçılıq edir.