"Şamaxı" Sumqayıtda xal qazandı, "Neftçi" "Turan Tovuz"a uduzdu
Azərbaycan Premyer Liqasında 3-cü turun oyunlarına start verilib.
"Mediasport" xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.
İki turdan sonra yarışın turnir cədvəlinə 6 xalla başçılıq edən "Sumqayıt" "Şamaxı"nı qəbul edib.
Buna qədər "Şamaxı" və "İmişli" ilə heç-heçə edən "Neftçi" isə "Turan Tovuz"la qarşılaşıb.
Turun digər oyunları 30-31 avqustda keçiriləcək.
Azərbaycan Premyer Liqası. 3-cü tur
"Sumqayıt" - "Şamaxı" 1:1
Qollar: Rikardo Apolinario, 63 (avtoqol) - Edqar Adilxanov, 75.
Hakimlər: Kamal Umudlu, Namik Hüseynov, Vüsal Məmmədov, Emin Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Feyzi Feyzullayev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
"Neftçi" - "Turan Tovuz" 0:1
Qol: Roberto Olabe, 6.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
"Neftçi Arena".
