UEFA "Sabah"ın futbolçusunu iki oyunluq diskvalifikasiya etdi

 UEFA "Sabah"ın futbolçusunu iki oyunluq diskvalifikasiya etdi

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunun "Vikinq"lə Norveç səfərində qırmızı vərəqə alan "Sabah"ın futbolçusu Eyden Makkartinin cəzası müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Azərbaycan çempionunun cinah müdafiəçisi 2 oyunluq diskvalifikasiya edilib.

Cənubi afrikalı komandasının "Barselona" və "Vilyareal"la görüşlərini buraxacaq.

Xatırladaq ki, "bayquşlar" səfərdə "Vikinq"ə uduzmuşdular (1:4).