Milli komandamız bu dəfə də 4 top buraxdı - Avropa çempionatı

Milli komandamız bu dəfə də 4 top buraxdı - Avropa çempionatı

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə qrup mərhələsində ikinci görüşünə çıxıb.

"Mediasport" xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi oluğu komanda mərhələnin oyunlarına ev sahibliyi edən Albaniya seçməsi ilə üz-üzə gəlib.

Komandamız bu dəfə də qapısından 4 cavabsız top buraxıb.

Yığmamız qrupun ilk matçında Şimali İrlandiyaya da 0:4 hesabı ilə uduzmuşdu.

U-19 son olaraq fevralın 24-də Monteneqro futbolçuları ilə qarşılaşacaq.


Avropa çempionatı. Seçmə mərhələ. B Liqası, 4-cü qrup. 2-ci tur


Albaniya - Azərbaycan 4:0

Baş hakim: Martina Molinaro (İtaliya)

Baş hakimin köməkçiləri: Stefania Sinyorelli (İtaliya), Andreea Daniela Şuşça (Rumıniya)

Dördüncü hakim: Roksana Rekorean (Rumıniya)