Joan Laporta Bakı səfərindən danışdı: "Fanatlarımızla fəxr edirik"
"Dünyanın dörd bir yanındakı fanatlarımızla fəxr edirik. "Barselona" ruhunu dünyanın hər yerində hiss etmək mümkündür. Bu, bizə güc verir".
"Mediasport" “Marca” nəşrinə istinadən xəbər verir ki, bu sözləri Bakıda qonaq olan İspaniyanın “Barselona” klubunun prezidenti Joan Laporta deyib.
O, UEFA Çempionlar Liqasının V turu çərçivəsində Bakıda “Sabah”la oyunöncəsi klubun direktorları ilə görüşündə fikirlərini bölüşüb.
Funskioner Bakıda olmaqdan məmnunluğunu ifadə edib:
“Bakıda “Barselona” azarkeşləri ilə görüşdüm. Bu, bizə "Barselona"nı daha da gücləndirmək və tanıtmaq istiqamətində çalışmağa davam etməyə kömək edir.
Bu onu göstərir ki, "Barselona" təkcə futbol dünyasında deyil, ümumilikdə bütün dünyada mühüm yer tutur".
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlanacaq.

