"Sabah" turnirdə Qırğızıstan və Qazaxıstan klublarını məğlub etdi

"Sabah”ın U-14 komandası Qazaxıstanın Konayev şəhərində keçirilən “More Futbola” beynəlxalq futbol turnirində iştirak edir.
"Mediasport" xəbər verir ki, İlqar Mənsimovun baş məşqçisi olduğu komanda turnirdə keçirdiyi ilk üç oyunun hamısında qalib gəlib.
U-14 Qırğızıstan təmsilçisi “Momunov Futbol Akademiyası”nı 8:1, Qazaxıstanın “Ceyran” komandasını 10:0, “Kayrat Aksay” komandasını isə 9:0 hesabı ilə məğlub edib.