"Qarabağ"ın komandaları İtaliya, Bolqarıstan və Polşaya gedir
"Qarabağ"ın iki yaş qrupu üzrə komandası 3 fərqli ölkədə beynəlxalq turnirlərdə mübarizə aparacaq.
Ağdam klubundan "Mediasport"a verilən məlumata görə, U-11 və U-13 ölkə xaricində yarışlara qatılacaq.
13 yaşadək futbolçulardan ibarət komanda 5-8 iyun tarixlərində İtaliyada, 13-18 iyunda isə Bolqarıstanda turnirdə gücünü sınayacaq.
U-11 isə 18-22 iyun tarixlərində Polşada baş tutacaq yarışda meydana çıxacaq.


