Qarabağ klubu "Turan Tovuz"un sabiq üzvünü transfer etdi - RƏSMİ

2025-26 mövsümünə hazırlığını davam etdirən AFFA Region Liqasının qalibi "Xankəndi" növbəti transferini açıqlayıb.
"Mediasport" xəbər verir ki, Qarabağ klubu müdafiəçi Elşad Manafovu heyətinə qatıb.
O, karyerası ərzində "Bakı", "Turan Tovuz", "Sumqayıt", AZAL, "Sabah", "Qaradağ Lökbatan" və "Baku Sportinq"də də forma geyinib.
"Xankəndi" buna qədər Bəhruz Teymurov, Müşfiq Teymurov, Şahin Zəkiyev, Pərviz Qaraxanov, Nurlan Novruzov, Əliəkbər Şəbiyev və Elmar Rəhimovu da transfer edib.