Azərbaycan klubu məşqçilər və bütün futbolçularla yollarını ayırdı
2025/2026-cı illər mövsümündən etibarən Azərbaycan 2-ci Liqasında iştirak etmək hüququ qazanan "Şirvan" komandası bütün futbolçuları və texniki heyətlə yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, komandada yer alan hər kəs sərbəst buraxılıb.
Ötən mövsüm bölgə təmsilçisinin heyətində çıxış etmiş bir neçə futbolçu ilə danışıqların aparılacağı və yeni təkliflərin irəli sürüləcəyi bildirilib.
Qeyd edək ki, "Şirvan" Azərbaycan II Liqasına vəsiqə uğrunda pley-off matçında "Lerik"ə 3:2 hesabı ilə qalib gəlib.
