24-cü tur: Çempionluğa iddialılar mərkəzi matçda "sülh" bağladılar
Futbol üzrə Azərbaycan 2-ci Liqasında 24-cü turun görüşləri keçirilib.
"Mediasport" xəbər verir ki, çempionluğa əsas iddialı iki kollektiv - "Xankəndi" və "Qaradağ Lökbatan"ın qarşıdurmasında qalib müəyyənləşməyib.
Beləliklə, qarabağlılar sona 3 tur qalmış ən yaxın izləyicisi ilə 3 xallıq fərqi qoruyublar.
Azərbaycan 2-ci Liqası. 24-cü tur
“Ağstafa Gəncləri” – “Kür-Araz” 0:1
Ağstafa şəhər stadionu, 16:30
“Dinamo” – “Şirvan” 5:0
Binə qəsəbə stadionu, 16:30
“Araz Saatlı” – “Göygöl” 2:1
Saatlı OİK stadionu, 16:00
“Sheki City” – “Ağdaş” 1:5
Zaqatala OİK stadionu, 16:30
“Xankəndi” – “Qaradağ Lökbatan” 1:1
Şamaxı OİK stadionu, 16:00
“Şəmkir” – “Quba” 2:5
Şəmkir OİK stadionu, 16:30

