Vüsal Superliqada qol vurdu, komandası 4 qol buraxıb uduzdu

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniya Superliqasında qol hesabını açıb.
"Mediasport" xəbər verir ki, vinger formasını geyindiyi "Partizani"nin heyətində səfərdə fərqlənib.
Vüsal 3-cü turun lider "Vlajniya" ilə qarşılaşmasında hesabı açsa da, komandası sonradan 4 qol buraxaraq uduzub.
Futbolçumuz 68-ci dəqiqəsində əvəzlənib.
"Partizani" 4 xalla 4-cü sırada qərarlaşıb.