İtaliya klubu millimizin futbolçusu ilə yeni müqavilə bağladı

İtaliya klubu millimizin futbolçusu ilə yeni müqavilə bağladı

"Sampdoriya" Azərbaycanın U-21 milli komandasının futbolçusu Lorenso Mezzotero ilə yeni müqavilə bağlayıb.

"Mediasport" xəbər verir ki, 18 yaşlı hücumçu ilə anlaşma 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.

Qeyd edək ki, Lorenso Mezzotero Genuya komandasında 2024-cü ilin yayından forma geyinir.

Forvard cari mövsüm B Seriyası təmsilçisinin əsas komandasının heyətində 4 oyun keçirib, 1 qol vurub.