"Qarabağ"ın sabiq məşqçisinə 1-ci Liqa klubunda rəhbər vəzifə verildi
"Qarabağ"ın U-17 və U-19 komandalarının sabiq məşqçisi Məhəmməd Bədəlbəyli "Şahdağ Qusar"da rəhbər vəzifəyə təyin olunub.
Bu barədə "Mediasport"a 1-ci Liqa klubundan məlumat verilib.
Mütəxəssis şimallıların idman direktoru postunda işə başlayıb.
Bədəlbəyli "Neftçi"nin bütün aşağı yaş qruplarında Azərbaycan çempionu olub.
O, MOİK, "Neftçala", "Qaradağ Lökbatan", "Şuşa", "Lokomotiv" və "Binə" klublarında forma geyinib.
Həmçinin Türkiyənin "Türk Birlikspor" və "Bingölspor" klublarında çıxış edib.


