"Qarabağ" Respublika stadionunda ÇL öncəsi dəyişikliklər etdi - FOTO

"Qarabağ" Respublika stadionunda ÇL öncəsi dəyişikliklər etdi - FOTO

Sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda Danimarkanın “Kopenhagen” klubunu qəbul edəcək "Qarabağ" matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda dəyişikliklər edib.

“Mediasport” xəbər verir ki, arenada bir neçə tribunaya işğaldan azad edilmiş rayonların adları verilib.

Həmçinin qapı arxası tribunalardan birinə “Qarabağ” klubunun loqo adı yazılıb. 

VİP və media oturacaqlarının sayı artılıb, həmin ərazi genişləndirilib, media nümayəndələri üçün stadionun arxasında yeni yeməkxana quraşdırılıb.