"Sabah" UÇL-də tarixə düşdü

"Sabah" UÇL-də tarixə düşdü

UEFA Çempionlar Liqasının Liqa mərhələsində debüt edən “Sabah” unikal göstərici ilə turnirin tarixinə düşüb.

"Mediasport" xəbər verir ki, Azərbaycan çempionu yarışın əsas mərhələsinin startında meydana 11 müxtəlif ölkəni təmsil edən futbolçu ilə çıxan ilk komanda olub.

Əsas heyətdə yer alanlardan Stas Pokatilov Qazaxıstan, Timoteuş Puxaç Polşa, Eyden Makkarti CAR, Rəhman Daşdəmirov Azərbaycan, Akim Zedadka Əlcəzair, Umarali Rahmonaliyev Özbəkistan, İvan Lepiniça Xorvatiya, Kahim Parris Yamayka, Velko Simiç Serbiya, Kristian Nvaçukvu Nigeriya, Coy-Lens Mikels isə Almaniya və Ruanda təmsilçisi kimi meydanda olub.

Xatırladaq ki, "bayquşlar" ilk görüşdə "Mançester Yunayted"ə məğlub olublar (0:4).